Noyabr ayının 1-ində, Qafqa Universitetində Azərbaycan Oracle İstifadəçilər Qrupu (AzerOUG) növbəti görüşünü keçirtdi. Bu görüşün əsas məqsədi, İT sahəsinin ən ağır imtahanlarından sayılan Oracle Certified Master imtahanına hazırlıq barəsində idi
Görüşü, universitetin Komputer Mühəndisliyi fakültəsinin dekanı, Abzetdin Adamov açdı və görüşə gələn iştirakçıları salamladı. Daha sonra, Oracle şirkətinin nümayəndəsi, Rufat Sadigov çıxış etdi və İstifadəçilər Qrupuna Oracle şirkəti adından təşəkkür etdi
İlk çıxışı, AzerCell şirkətinin Oracle DBA mütəxəssisi, Kamran Ağayev etdi. Oracle Certified Master imtahanının əhəmiyyətindən danışdıqdan sonra, o, imtahana hazırlıq metodunu iştirakçılarla paylaşdı və bu yolda hansı materiallardan hansı formada istifadə etməyin qaydalarını göstərdi. Prezentasiyanı bu ünvandan endirə bilərsiniz
Fasilədən öncə, görüşün sponsorlarından olan Gulf şirkətinin nümayəndəsi, şirkəti haqqında məlumat verdi. Sonra, Rahim Əhmədov və Ramin Səmədov bir neçə həftə öncə işıq üzü görmüş PL/SQL kitabları haqqında söhbət açdılar və kiçik prezentasiya ilə kitabları barədə geniş məlumat verdilər.
Sonra, cofee break elan edildi və fasilədən sonra, AzerCell şirkətinin proqramçı mütəxəssisi Vüsal Xəlilov çıxış etdi. Vüsal, öz çıxışında OCM Java Enterprise Architect imtahanından məlumat verdi. OCM Sertifikasiyasının əhəmiyyətindən geniş danışan Vüsal, eyni zamanda imtahana hazırlaşma metodlarından və resurslarından geniş şəkildə məlumat verdi. Prezentasiyanı bu ünvandan endirə bilərsiniz
Digər görüşlər kimi, bu görüşümüz də çox uğurlu keçdi. Görüşümüzə sponsorluq edən Qafqaz Unviersiteti və Gulf tədris mərkəzinə öz təşəkkürümüzü bildiririk və inşallah sizləri növbəti görüşlərimizdə böyük səbirsizliklə gözləyəcəyik
Kamran müellim tebrik edirem. Mence Azerbaycanda keçirilen en möhteşem forum adlandırmaq olardı bunu