Hörmətli qrup üzvləri
2 gün oncə planlaşdırılmış görüşümüz baş tutdu. Bu görüşümüz də, digər görüşlər kimi çox interaktiv keçdi. Görüşdə iştirak edən üzvlərimiz hər iki sessiyada çıxış edən mütəxəssislərə müxtəlif suallar ünvanladılar və çox maraqlı diskussiyalar etdilər
İlk öncə Çinar Əliyev Verilənlər bazasında Time Model haqqında söhbət açdı və VB-də zaman anlayışını açıqladı, VB-də sorğuların gecikmə səbəbləri haqqında danışdı və optimallaşdırma yollarını göstərdi. Presentasiyanı aşağıdakı keçiddən endirə bilrəsiniz:
Daha sonra, Cavid Kərimov Proqramlaşdırmada Testing-in əhəmiyyətindən danışdı, proqramçı ilə test edən şəxsin fərqini göstərdi və real həyat misalları ilə çıxışını davam etdi
Presentasiyanı aşağıdakı keçiddən endirə bilrəsiniz:
Cavid Kərimov – Software Testing
İnşallah May ayı üçün planlaşdırılmış növbəti görüşdə hamınızı gözləyirik!
Bu görüşün təşkil olunmasında bizə köməklik göstərən AzerCell şirkətinə və Barama Layihəsinə öz minnətdarlığımızı bildiririk.