Dünyanın 1 nömrəli Oracle təhlükəsizlik mütəxəssisi – Pete Finnigan Bakidadir !

Oracle Təhlükəsizlik Seminarı 

Azerbaycan Oracle İstifadəçiləri qrupunun yeni görüşü oktyabr ayının 22-si, saat 14:00-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçiriləcək.

Bu görüş Oracle sevərlər üçün çox əlamətdar görüşlərdən biri olacaqdır. Bu dəfə sizlərlə görüşə çox məhşur, Oracle Təhlükəsizlik Experti Pete Finnigan gəlir.

Pete Finnigan Oracle təhlükəsizliyi sahısində tanınış exspertlərdəndir. O düyanın bir çox ölkələrində konfransların daimi iştirakçısı olmaqla yanaşı Oracle təhlükəsizliyi sahəsində bir neçə kitabın müəllifidir. Petenin rəhbərlik etdiyi “PeteFinnigan.com Limited” şirkəti Oracle Database təhlükəsizliyi sahəsində audit, təhlükəsizlik kansultasiya, konfiqurasiya və dizayn işləri, həmçinin ekspert səviyyəsində təlimlərin təşkil olunması və iki proqram təminatı – Oracle Database üzərində təhlükəsizlik auditi edə PFCLScan proqramının və sizin PL/SQL kodunuzun müəlliflik hüquqları saxlanılmaqla istifadə olunmasını təmin edən PFCLObfuscate proqramının müəllifidir. 

Pete Finnigan hər zaman olduğu kimi bizimlə görüşdə də təhlükəsizlik mövzusunda çıxış edəcək. Görüşdə həm də sual-cavab (panel) hissəsidə təşkil olunması planlaşdırılır. 

Seminara giriş hər zaman olduğu kimi pulsuzdur. Oracle həlləri ilə məşqul olan hər kəs dəvətlidir.

Belə maraqlı seminarı qaçırtmamağınız tövsiyə olunur.

Qeydiyyat üçün aşağıdakı ünvana daxil olun:

https://www.facebook.com/events/1143773752405434/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>