27 Fevral AzerOUG yeni görüş planlayır

Fevral ayının 27-si saat 11-də Qafqaz universitetitində Azərbaycan Oracle İsitfadəçilər Qrupunun növbəti görüşü keçiriləcək. Hər zaman olduğu kimi bu görüşdə də Oracle sevənləri texniki movzularda sesisiyalar gözləyir. Görüşdə aşağıdakı 2 mövzudan danışılacaq:

- MySQL verilənlər bazasının nüsxəsinin çıxarılması və bərpası üsulları – Şəhriyar Rzayev (Percona LLC)

Şəhriyar Rzayev – Percona LLC-də Backup həllər üzrə keyfiyyətə nəzarət mühəndisi vəzifəsində çalışır. (Backup Solutions QA Engineer) Azərbaycan MySQL User Group-un yaradıcısıdır. Sosial mühitdə texniki fəaliyyətlərindən dolayı 2015 MySQL Contributor Award-a layiq görülüb. OCP MySQL Administrator və RHCSA sertifikatlarına sahibdir.

Bu sessiyada, MySQL-də nüsxənin çıxarılması üsulları, həmçinin bəzi crash ssenarilərlə, əyani olaraq bərpa üsulları göstəriləcək. Backup növləri və MySQL-ə aid vasitələr, konfiqurasiya üsulları və bir sıra əlavə məlumatlar veriləcəkdir.

 

İkinci sesiyada isə Mərkəzi Bankın əməkdaşı Mahir Quluzadə “Oracle Verilənlər bazasının İn-Memory özəlliyi” mövzusunda çıxış edəcəkdir.

Mahir M. Quluzadə AzerOUG-nin idarı heyətinin üzvüdür. Oracle Technology Network-də bir çox texniki məqalələrin müəllifidir, OTech Magazine jurnalının yazarlarındandır. 2015-ci ildən etibarən Oracle ACE mükafatına sahibdir.

Sesiyalara giriş hər zaman olduğu kimi pulsuzdur. Oracle həlləri ilə məşqul olan hər kəs dəvətlidir. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>