AzerOUG Mart ayinin 1-i yeni göruş təşkil edir

Hörmətli qrup üzvləri!

İnşallah Mart ayının 1-i, qrupumuz yeni görüş təşkil edir. Bu görüşə həm verilənlər bazası administratorları (DBA-lər), həm də proqramçılar (Developer-lər) dəvətlidir

Görüşdə aşağıdakı 2 mövzudan danışılacaq:

- Oracle Verilənlər bazasının performansı – Time Model (Çinar Əliyev – Bank of Azerbaijan)

Bu sessiyada Oracle Verilənlər bazasının məhsuldarlığının artırılmasından, VB-də zamanın əsasən harada və necə sərf edildiyindən, response time və sessiyaların ortalama sayı kimi fundamental metrik məfhumlardan söhbət açılacaq

F (Small)

Çinar Əliyev - Bank of Azerbaijan ASC-də proqram təminatı şöbə müdürü olaraq fəaliyyət göstərir. AzerOUG-nin üzvüdür, OCP (10g) və Oracle Performance Tuning Certified Expert (11g) sertifikatlarına sahibdir

 

- Tətbiqi proqramlamların yoxlanılmasının praktiki metodları (Cavid Kərimov – AzerCell)

Bu Seminarda “Software Testing”  (Tətbiqi proqramların yoxlanılması) haqqında ilkin məlumat veriəcək və dünyaca tanınmış şirkətlərin bu istiqamətdə praktikaları haqqında danışılacaqdır. Həmçinin tətbiqi proqramların test edilmə üsülları, proqramların risklilik dərəcələrinə görə yanaşma tərzləri, test personalının zamanından asılı olaraq testlərə cəlb edilməlisi haqqında söhbət açılacaqdır. O cümlədən layihələrin idarə edilməsində “Software Testing”-in hansı şəkildə aparılması barəsində də müzakirələr aparılacaqdır.

javidCavid Kərimov - 2001-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının İstehsalat Proseslərinin Avtomatlaşdırılması Fakulətəsinin bakalavr dərəcəsini daha sonra isə 2005-2007-ci  illərdə Azərbaycan Dövlət Neft Akademiyası və Georgia State University-nin birlikdə olan MBA proqramı üzrə magistr dərəcəsini almışdır. Hal hazırda Azercell telekommunikasiya şirkətində “Senior Software Tester” vəzifəsində çalışır. Software Testing üzrə Certified Tester Advanced Level və IT xidmətlərinin idarə edilməsi (ITSM) üzrə ITIL sertifikatlarına malikdir. “Azerbaijan Software Testing Qualification Board”-un təsisçisidir

 

Görüşümüz saat 12:00-da Tbilisi prospekti 149 ünvanında yerləşən AzerCell Plazada keçiriləcək. Bu görüşdə bizə dəstək olan AzerCell Şirkətinə və Barama Proyektinə öz dərin minnətdarlığımızı biliririk.

One thought on “AzerOUG Mart ayinin 1-i yeni göruş təşkil edir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>