Hələ keçən il May ayında aldığımız bu domain-in nə zamansa istifadə edəcəyimizi ümid edirdik. Nəhayət o gün gəldi. Oracle şirkəti bizim qrupun, daha doğrusu Azerbaycan Oracle İstifadəçilər qrupunun rəsmi icazəsi təsdiq edildi. Bu bütün Azərbaycan Oracle istifadəçilər üçün xoş xəbər idi.
Bu xəbərin ardınca biz İyun ayının 23-ü Qafqaz Universitetində ilk görüşümüzü təşkil etdik. Bu görüş barədə növbəti məqaləmizdə daha geniş yazacağıq. Sadəcə onu demək istəyirik ki, görüş çox uğurlu keçdi və İstifadəçilər qrupunun veb səhifəsinin yaradılmasına ciddi ehtiyac hiss olundu.
Bu səhifədə siz bizi qrup haqqında geniş məlumat əldə etməklə bərabər qrupumuza online şəkildə üzv ola bilər, növbəti toplantımız haqqında geniş məlumat əldə edə bilərsiniz. Xəbərlər səhifəsindən həm qrupumuzla, həm də ümumən Oracle VB-ı haqqında yeni xəbərlərlə tanış ola bilərsiniz
Səhifə haqqında fikir və təkliflərinizi admin@azeroug.org e-mail ünvanına göndərə bilərsiniz.