Oracle 11gR2 Hands-On praktiki qurulumu

Dekabr ayının 21-i qrup görüşməsində ilk dəfə olaraq praktiki hands-on həyata keçirmiş olduq. Görüş zamanı üzvlərlə birlikdə Oracle 11gR2 Database Soft-unun Oracle Enterprise Linux üzərinə qurulmasına baxdıq və istifadəçilər özləri ilə gətirdikləri notebook-larına bu qurulumu tətbiq etdilər.

Pic1

Ümumi məşğələ çox uğurlu keçdi və bir çoxumuz qurulumu müvəffəqiyyətlə başa vurmuş olduq.

Qurulum zamanı Samir Səmədov qardaşı Ramin Səmədovla yazdıqları SQL kitabı haqqında çıxış etdi və kitabın özəlliklərindən danışdı. Kitab haqqında məlumat almaq üçün bu ünvandan istifadə edə bilərsiniz.

pic3

Məşğələ zamanı istifadə olunan video tutorial-a aşağıdakı ünvandan baxa bilərsiniz:

http://www.youtube.com/watch?v=0U42FhnlkW0

İnşallah növbəti görüşlərimizdə daha fərqli Hands-On praktiki məşğələlər etməyi planlaşdırırıq.

Qrup görüşümüzün elanını dizayn edən Ramil Rəhimova, qurulum videosunu hazırlayan Mahir Quluzadəyə, görüşə gələn bütün iştirakçılara və görüşün təşkilində bizə yardım edən AzerCell şirkətinə və Barama layihəsinə xüsusi təşəkkürümüzü bildiririk.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>