Hörmətli AzerOUG istifadəçiləri
Keçən görüşümüzdə bildirildiyi kimi Azərbaycan Oracle İstifadəçilər Qrupunun yaradılmasında böyük köməyi olan dünyanın ən məşhur Oracle Təhlükəsizlik mütəxəssisi Pete Finnigan Noyabr ayı üçün Bakıda 2 günlük Oracle Security kursuna dəvət alıb
Bu kurs üçün kifayət qədər iştirakçı yığılsa AzerOUG-nin növbəti görüşünü Noyabr ayının əvvəlinə, Pete Finnigan-in Bakıda olacağı günə salmağı planlaşdırırıq. Onun da iştirak edəcəyi bu görüşdə ondan Keynote (açılış) çıxışı xahiş etmişik və o bu xahişimizi qəbul edib
Oracle Təhlükəsizlik kursu 2 günluk 16 saatlıq nəzərdə tutulmuş bir kursdur. Kurs haqqında geniş məlumat əldə etmək üçün aşağıdakı ünvandan istifadə edin. Lütfən əlaqə saxladıqda AzerOUG qrupunun üzvü olduğunuzu bildirin
http://www.abtc.az/index.php?ind=newsfull&id=71