Sentyabr ayının 2-sində Azərbaycan Oracle İstifadəçilər Qrupu (AzerOUG) növbəti görüşün keçirdi.
Görüşdə ilk çıxışı Elşad Yusifli etdi. 10 ildən çox sahib olduğu MySQL təcrübəsini bizimlə paylaşan Elşad, MySQL verilənlər bazasının əsas istifadə sahələrindən və xüsusiyyətlərindən danışdı.
Onun ardınca Rahim Əhmədov Oracle verilənlər bazasında Data Cartridge-lərin istifadəsindən danışdı. Prezentasiya zamanı Rahimin göstərdikləri praktiki misallar hamıda Oracle-ın bu funksiyanallığına böyük maraq doğurdu
Sonuncu çıxışı Çinar Əliyiev etdi. Oracle 11g-nin yeni funksiyanallığı – “Genişləndirilmiş Statistikaların şərhi”-ndən danışan Çinar bizə araşdırmalarının nəticələrini göstərdi və bu nəticələrin izahını verdi.
Çıxışlardan sonra hamılıqla birlikdə çay süfrəsində oturub bu sahədə çalışan həmvətənlərimizlə daha yaxından tanış olduq, birlikdə müxtəlif texniki məsələləri söhbət etdik
İstifadəçilərin çıxışlarını aşağıdakı ünvandan endirə bilərsiniz
Elşad Yusifli
MySQL verilənlər bazasının əsas özəllikləri
Rahim Əhmədov
“Data catridge”-lərdən istifadə etməklə Oracle Server imkanlarının artırılması
Çinar Əliyev
Çox sütunlu (Multi-column) statistikaların şərhi
Seminarlarimiz Oracle Kurslari seviyyesinde gedir Masallah… Esl profesional group alinib…