Dekabr ayının 1-i AzerOUG-nin növbəti görüşü keçirildi. Əsasən tələbələrin üstünlük təşkil etdiyi bu görüş Qafqaz Unviersitetinin böyük seminar salonunda baş tutdu.
Öncə, Ülfət Tanrıverdiyev Oracle Sterams-dən danışıb bu texnologiyanın işləmə prinsipini göstərdi. Prezentasiyanın sonunda isə göstərdiyi praktik video iştirakçılarda böyük maraq oyatdı. Bu video tutorialda Oracle Streams istifadə edilməklə 2 fərqli sxemalar arasında məlumatın sinxronizasiyası göstərildi. Prezentasiyanı aşağıdakı ünvandan tapmaq olar:
10 dəqiqəlik aradan sonra Mahir Quluzadə “Oracle ASM-də soruşulan 5 sual” mövzusunda çıxış etdi. ASM istifadə edənləri maraqlandıran əsas 5 sualı özündə cəm edən bu prezentasiyanın sonunda, fayl sistemdən ASM sistemə miqrasiya videosu göstərilib bütün proses addım addım izah edildi. Prezentasiyanı aşağıdakı ünvandan tapmaq olar:
AzerOUG qrupu olaraq 5 ay ərzində 4 görüş keçirtməklə 2012-ci ili başa vurmuş sayılırıq. Bu aylar ərzində qrupda fəallıq göstərən bütün üzvlərimizə dərin təşəkkürümüzü bildiririk!