AzerOUG-də prezentasiya qaydaları

Hörmətli qrup üzvəri. Görüşlərimizin və çıxışların sayının artması səbəbilə çıxış edəcək üzvlər üçün bəzi qaydalar tətbiq edildi. Xahiş edirik bu qaydaları nəzərə alasınız:

  • Təqdim edilən prezentasiya Azərbaycan dilində olmalıdır
  • Bəzi tərcüməsi imkansız olan texniki sözləri saxlamaq şərti ilə bütün prezentasiya Azərbaycan dilində olmalıdır
  • Çıxışın müddəti 45 dəqiqəni və 30 slaydı keçməməlidir
  • Hər çıxışın sonunda müddəti ən çox 10 dəqiqə olacaq izahlı video çarx və ya məsələnin praktik həlli göstərilməlidir
  • Çıxışın adı və mövzusu çıxışların qəbulu elanından sonra ilk 1 həftədə bizə email vasitəsilə göndərilməlidir
  • Çıxışın tam formatı AzerOUG görüşünə 1 həftə qalmış email ünvanımıza göndərilməlidir
  • Göndərilən çıxış AzerOUG expertləri tərəfindən yoxlanılıb ən qısa zamanda çıxış edən şəxsə bildirilməlidir
  • AzerOUG expert şurasına istənilən könüllü üzv ola bilər. Bunun üçün bu könüllü şəxsin OCP olması kifayətdir. Üzv olmaq istəyən bu barədə bizə email şəklində öz məlumatlarını göndərməklə bildirməlidir

Yuxarıda göstərilən bəndlərə hər zaman əlavə və dəyişikliklər edilə bilər. Xahiş edirik dəyərli fikirlərinizi bizə email göndərərək bildirin

Təşəkkürlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>