İyul ayının 28-ində Azərbaycan Oracle İstifadəçilər Qrupu (AzerOUG) sayca ikinci görüşünü keçirtdi. Bu görüş əsas etibarilə texniki xarakter daşıyırdı. Görüşün açılışı edildikdən sonra söz Mahir Quluzadəyə verildi. O iştirakçılara Data Guard-ın əsaslarından və ən əsas fərqli əməliyyat sistemləri arasında Data Guard konfiqurasiyasından danışıb ən sonda hazırladığı Linux və Windows əməliyyat sistemləri arasında data guard-ın qurulma videosunu nümayiş etdirdi
Növbəti söz Cavid Həsənova verildi. Cavid, verilənlər bazasında resursların bölgüsündən danışıb (Resource Manager) bir neçə praktik misallar göstərdi
Sonda isə Ramin Orucov 11g-də PL/SQL yeniliklərindən danışdı və bu yeni funksiyonallıqların praktik tətbiqini izah etdi
Çıxışları aşağıdakı ünvandan endirə bilərsiniz:
Mahir Quluzadə -
Fərqli əməliyyat sistemləri eyni Data Guard konfiqurasiyasında
Cavid Həsənov -
Oracle Verilənlər Bazasında Resursların bölgüsü – Oracle Resurs Meneceri
Ümumi olaraq görüşümüz uğurlu keçdi. Növbəti görüşümüzü inşallah Sentyabr ayının 1-inə planlayırıq. Artıq çıxış edəcək iştirakçılar və mövzuları məlumdur. Qısa zamanda səhifəmizə bu barədə məlumat yerləşdirəcəyik