Hörmətli AzerOUG qrupunun üzvləri.
Sentyabr ayının 2-si Qafqaz Universitetində Azərbaycan Oracle İstifadəçilər Qrupunun (AzerOUG) növbəti görüşü keçiriləcək. Görüşdə 3 çıxış olacaq. Çıxışların siyahısı bunlardır:
- MySQL verilənlər bazasının əsas özəllikləri – Elşad Yusifli
- “Data catridge”-lərdən istifadə etməklə Oracle Server imkanlarının artırılması – Rahim Əhmədov
- Çox sütunlu (Multi-column) statistikaların şərhi – Çinar Əliyev
Hamınızı Sentyabr ayının 2-si Azərbaycan Oracle İstifadəçilər Qrupunun növbəti görüşündə gözləyirik.
Görüşün saat 11-də Qafqaz Universitetinin 1-ci mərtəbəsində yerləşən seminar salonunda (otaq 128) keçirilməsi planlaşdırılır. Oracle ilə maraqlanan hər kəs dəvətlidir. Twitter istifadecileri #AzerOUG hash tag-indən istifadə etsinlər (@AzerbaijanOUG)